logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 830 min nəfəri ötür

17:14 07-04-2022 | icon 3563
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 830 min nəfəri ötür

Aprelin 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 9 min 497 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 630, ikinci doza vaksinlərin sayı - 760, üç və daha çox doza vaksinlərin sayı – 7 min 588, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 519-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 523 min 432, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 329 min 250, ikinci mərhələ üzrə 4 milyon 830 min 745, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 131 min 203, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 232 min 234-dür.