Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 25 yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 min 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 204 nəfər müalicə olunaraq sağalıb, 9 mın 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 259 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 755, bu günə qədər isə ümumilikdə 6 milyon 731 min 315 test icra olunub.