Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov tutulub.
Bu şəxsdən 500 qrama yaxın narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzi aşkarlanıb.
O, ifadəsində narkotikləri əsasən onlayn yolla satdığını bildirib.
Saxlanılan şəxs barəsində 25-ci polis şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Məhkəmənin qərarı ilə T.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.