Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.
YeniAvropa xəbər verir ki, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.
Hələ ki, onun ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.
Faktla bağlı araşdırma aparılır.