logo

Paytaxtda ağacları kəsən tikinti şirkətiinə cinayət işi açılıb

11:55 07-04-2022 | icon 1918
Paytaxtda ağacları kəsən tikinti şirkətiinə cinayət işi açılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı paytaxtın Suraxanı rayonu, Abbas Fətullayev küçəsində ağacların kəsilməsi faktı aşkarlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Xidmətin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. 

Onun sözlərinə görə araşdırma zamanı ağacların həmin ərazidə tikinti işləri aparan “Liman FFD” MMC tərəfindən kəsildiyi və təbiətə 3600 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.