logo

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

16:32 06-04-2022 | icon 3178
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 38 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 141 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 143 nəfər müalicə olunaraq sağalıb, 9 mın 701 nəfər vəfat edib. Aktiv xəstə sayı 297 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 230, bu günə qədər isə ümumilikdə 6 milyon 726 min 560 test icra olunub.