Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində təqribən üç hektar sahədə quru ot, kol-kos və ağaclar yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qoruğun qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.