logo

Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

17:29 05-04-2022 | icon 3318
Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 84 nəfər müalicə olunaraq sağalıb, 9 mın 700 nəfər vəfat edib. Aktiv xəstə sayı 319 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 867, bu günə qədər isə ümumilikdə 6 milyon 721 min 330 test icra olunub.