logo

Yeni doğulan qız uşağının cəsədini küçəyə atan ana saxlanılıb 

15:15 05-04-2022 | icon 4046
Yeni doğulan qız uşağının cəsədini küçəyə atan ana saxlanılıb 

2022-ci il mart 31-də paytaxtın Nizami rayonunun Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq cəsədinin aşkarlanması faktı üzrə Nizami rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci il aprelin 4-də A.K.(ad şərtidir) Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.