COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 106 min nəfəri ötür
Aprelin 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində ikinci doza üzrə vurulan vaksinlərin sayı 2, üç və daha çox doza vaksinlərin sayı – 1-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 491 min 580, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 327 min 175, ikinci mərhələ üzrə 4 milyon 827 min 903, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 106 min 36, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 230 min 466-dır.