logo

Faktiki hava:Bakıda küləyin sürəti 38 metr/saniyəyədək güclənib

13:04 04-04-2022 | icon 2632
Faktiki hava:Bakıda küləyin sürəti 38 metr/saniyəyədək güclənib

Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

YeniAvropa xəbər verir ki, bu barədə ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.Bildirib ki, qərb küləyinin sürəti Naftalanda saniyədə 32, Gəncədə 24, Ağdam, Tərtərdə 22, Bərdədə 20, Qobustan, Şəmkirdə 18, Kəlvəzdə 17, Xaçmazda 15, Bakıda və Abşeron yarımadasında arabir 38 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Direktorun sözlərinə görə, havanın temperaturu aprelin 3-də iqlim normasını 13.7 dərəcə ötüb. Belə ki, maksimal temperatur Naxçıvan Muxtar Respublikasında 24-30 dərəcə isti, dağlıq rayonlarda 25 dərəcəyədək isti, aran rayonlarında 31-36 dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında 24-27, Bakıda isə 30.1 dərəcə isti qeydə alınıb. Lakin bu, rekord göstərici deyil, çünki 2012-ci ildə Bakıda havanın maksimal temperaturu 31.5 dərəcəyədək yüksəlib.

G.Məmmədovanın qeyd edib ki, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir saniyədə 33-38 metrə çatacağı, aprelin 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.