Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda aprelin 4-ü saat 10 radələrində yanğın hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. Onun sözlərinə görə, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb.
Xidmət rəsmi bildirib ki, hazırda mütəxəssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.