logo

Mingəçevirdə 16 nəfər zəhərləndi

23:21 03-04-2022 | icon 2352
Mingəçevirdə 16 nəfər zəhərləndi

Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) bildirilib.

Qeyd edilib ki, digər 2 nəfərin isə vəziyyəti stabildir.

Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.