Qəbələ rayonu Yenikənd meşəbəyliyinin ərazisində yanğın hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsi üçün çalışırlar.