Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 42 yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.
Pandemoia başlayandan indiyədək Azərbaycanda ilk dəfə sutka ərzində ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 min 61 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 23 nəfər müalicə olunaraq sağalıb, 9 min 697 nəfər vəfat edib. Aktiv xəstə sayı 341 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 48, bu günə qədər isə ümumilikdə 6 milyon 714 min 357 test icra olunub.