Quba rayonunda intihar hadisəsi qeydə alınıb.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü Həsrətov Xəyyam Söhbət oğlu yaşadıqı evin həyətində istifadə edilən yardımçı tikilidə özünü asıb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.