Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış zamanı ölən şəxsin kimliyi məlum olub.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.
"37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir",-deyə məlumatda bildirilib.