Səbail rayonunun Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin(TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən YeniAvropa-ya bildirilib ki, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.
Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.