logo

Gecə klubundakı partlayışda xəsarət alanlardan 6-nın vəziyyəti ağırdır

08:50 03-04-2022 | icon 1750
Gecə klubundakı partlayışda xəsarət alanlardan 6-nın vəziyyəti ağırdır

Aprelin 3-də Səbail rayonunun Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin altısının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, altı nəfərin isə stabil olaraq qiymətləndirilir.

 YeniAvropa xəbər verir ki, bu barədəTibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən bildirilib.

Qeyd edilib ki, xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.