Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı koronavirusa yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə 58 yaşlı diplomat özünün "Twitter" hesabında məlumat paylaşıb.
“Həyat yoldaşımla birgə koronavirus testimiz pozitiv çıxıb. Xəstəliyim ağır qrip şəklində keçir. Çox şükür, vəziyyətimiz yaxşıdır. Vəziyyətimizi müşahidə altında saxlayan Azərbaycan Xarici İşlər Nazirliyi və cənab nazir Ceyhun Bayramov və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik”, - deyə diplomat paylaşımında qeyd edib.