“Yaşıl Marafon 2022” ağacəkmə kampaniyasına start verilib
Aprelin 2-də Müşfiqabad qəsəbəsində “Yaşıl Marafon 2022” çərçivəsində Bakının ilin ilk ağacəkmə aksiyası keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə cəlb edilmiş 100-dən artıq könüllünün iştirakı ilə keçirilən aksiya zamanı ərazinin torpaq-iqlim şəraitinə uyğun 2000 ədəd müxtəlif cinsli ağac əkilib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümləri müddətində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.
Qeyd edək ki, builki “Yaşıl Marafon” çərçivəsində Azərbaycanda, xüsusən də Abşeron yarımadasında yaşıl dəhlizlərin yaradılması, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi planlaşdırılır ki, bu xüsusda yamaclarda terraslar hazırlanacaq, ağacların əhatəsi təbii sutoplayıcı formaya salınacaq və yağış sularının ağacların suvarılmasına yönəldilməsi mümkün olacaq. Bununla, torpaq eroziyasının qarşısı alınacaq, torpağın hava, su keçiriciliyi və münbitliyi artacaq, nəticədə daha yüksək bitiş faizi əldə ediləcək, eləcə də həmin sahələrdə suvarma suyuna qənaət edilmiş olacaq.
Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdən ibarətdir.
Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib