logo

Xəzər dənizində növbəti monitorinqlərə başlanılıb

15:11 01-04-2022 | icon 1638
Xəzər dənizində növbəti monitorinqlərə başlanılıb

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizində növbəti monitorinqlərin aparılması üçün bu gün - aprelin 1-də yenidən dənizə çıxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən aprelin 10-dək dənizdə kompleks tədqiqatlar aparılacaq.

YeniAvropa xəbər verir ki, bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, ekspedisiyanın məqsədi Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsidir: "Monitorinqlər Xəzər dənizindəki neft-qaz yataqlarında keçiriləcək, 16 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrəniləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.