Aprelin 1-də səhər və axşam saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Quba-Xaçmaz, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Bərdə-İstisu, Goranboy-Tərtər, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Göyçay-Ucar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Xaldan-Mingəçevir, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.