logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 824 min nəfəri ötür

17:13 31-03-2022 | icon 3409
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 824 min nəfəri ötür

Martın 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 14 min 612 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 994, ikinci doza vaksinlərin sayı - 1 min 483, üç və daha çox doza vaksinlərin sayı – 11 min 415, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 720-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 456 min 322, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 324 min 386, ikinci mərhələ üzrə 4 milyon 824 min 633, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 78 min 608, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 228 min 695-dir.