Aprelin 1-də cənub-qərb istiqamətli hava axınları vasitəsilə Afrika səhralarında formalaşan toz kütlələrinin ölkə ərazisinə daxil olacağı gözlənilir.
YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova deyıb.
Xidmətin əməkdaşı qeyd edib ki, peyk görüntülərindən əldə olunan məlumata görə, respublika ərazisində, əsasən də regionlarda havada toz hissəciklərinin miqdarının normadan artıq olacağı ehtimal olunur.
G.Abbasovanın sözlərinə görə, toz dumanının davametmə müddəti və havanın çirklənmə səviyyəsi barədə əlavə məlumat veriləcək.