Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumatda deyilir:
""Dərnəgül" metrostansiyasında qatarın maşinist kabinəsındə idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə müvafiq işarəvermə siqnalı işə düşüb. Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb",-deyə məlumatda bildirilib.