Azərbaycanın əməkdar rəssamı həbs edilib.
YeniAvropa xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.
O bildirib ki, Rəşad Böyükağa oğlu Ələkbərov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bu gün R.Ələkbərovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, əməkdar rəssam R.Ələkbərovun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.