Azərbaycanda martın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində duman olacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 12-16° isti, Bakıda gecə 5-7°, gündüz 14-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 17-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı bildirilir.