Hövsanda bağındakı istixanada narkotika yetişdirirdi...
Hövsanda bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
YeniAvropa-ya bildirilib ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev saxlanılıb. Onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi iki kiloqram olan marixuana aşkarlanıb. Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu polis şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib. Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.