logo

Daha bir qrup azərbaycanlı Almaniyadan deportasiya edildi

12:29 29-03-2022 | icon 1792
Daha bir qrup azərbaycanlı Almaniyadan deportasiya edildi

Bu gün səhər saatlarında bir qrup Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib.

YeniAvropa xəbər verir ki, sığınacaq istəyi rədd edilən və Almaniyada qanunsuz yaşayan Azərbaycan vətəndaşları yaşadıqları ünvanlardan Münhen şəhər hava limanı yaxınlığındakı deportasiya mərkəzinə gətiriliblər. Daha sonra onlar polis və miqrasiya əməkdaşların müşayiəti ilə təyyarəyə mindiriliblər.

Məlumatda qeyd olunur ki, deportasiya olunan şəxslərin əksəriyyəti 2016-2019-cu illərdə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə sığınacaq üçün müraciət edən və bu dövr ərzində dəfələrlə rədd cavabı alan şəxslərdir.