2021-ci il dekabrın 4-də Şabran rayonunun Çaraq kənd sakini 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şabran rayon Prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Şabran rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış istintaqla zərərçəkmişin qardaşı 1992-cı il təvəllüdlü̈ Rüfət Quliyevin birgə yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.