logo

Paytaxt sakini “Makarov” tapançasını satarkən yaxalanıb

10:10 28-03-2022 | icon 1806
Paytaxt sakini “Makarov” tapançasını satarkən yaxalanıb

Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, idarəyə paytaxt sakini əvvəllər məhkum edilmiş Tərlan Səfərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs əməliyyat nəticəsində tutularaq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən bir ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və səkkiz ədəd patron aşkarlanaraq götürülüb. Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.