Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 55 yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 min 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 741 nəfər müalicə olunaraq sağalıb, 9 min 681 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 313, bu günə qədər isə ümumilikdə 6 milyon 685 min 296 test icra olunub.