logo

Qazaxıstan Azərbaycandan olan tələbələr üçün təqaüd proqramı elan edib

12:32 27-03-2022 | icon 6167
Qazaxıstan Azərbaycandan olan tələbələr üçün təqaüd proqramı elan edib

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il 3 aprel tarixli müqaviləyə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına aprelin 30-dək müraciət etmək olar. Proqram haqqında ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.