Bərdə rayon Polis Şöbəsinə martın 24-də saat 20 radələrində şəhər ərazisində yolu keçən F.Bağırovanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyənləşdirilib və həmin nəqliyyat vasitəsini idarə edən Böyük Göyüşlü kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.
Fakta bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.