logo

Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

18:28 25-03-2022 | icon 3129
Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 50 yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər koronavirusun qurbanı olub.

İndiyədək ölkədə ümumilikdə 791 min 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 528 nəfər müalicə olunaraq sağalıb, 9675 nəfər vəfat edib. Aktiv xəstə sayı 451 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2499, bu günə qədər isə ümumilikdə 6 milyon 679 min 287 test icra olunub.