logo

Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

18:30 24-03-2022 | icon 3199
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər koronavirusun qurbanı olub.

İndiyədək ölkədə ümumilikdə 791 min 604 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 394 nəfər müalicə olunaraq sağalıb, 9 min 672 nəfər vəfat edib. Aktiv xəstə sayı 538 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 806, bu günə qədər isə ümumilikdə 6 milyon 676 min 788 test icra olunub.