logo

Göygölün donması son illərin nadir təbiət hadisələrindəndir

16:31 24-03-2022 | icon 2009
Göygölün donması son illərin nadir təbiət hadisələrindəndir

Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb. Hazırda gölün üzərində 2-3 santimetr qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir.

YeniAvropa xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub: "Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçiləri hələ davam edən tətil günlərində Göygöl Milli Parkına gəlməyə, gecikmiş qış mənzərəsindən zövq almağa dəvət edirik".