Martın 23-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yolu keçən Ağdaş rayon sakini Kəramət Məmmədov Bakı şəhər sakini Ə.Eminovun idarə etdiyi “Toyota” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.