Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elsevər Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman lüləyi və qundağı kəsilmiş, atəşə yararlı 1 ədəd tüfəng və patronlar aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi başlanılıb və E.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.