logo

Xocasən gölü ətrafında yaşıl koridorun yaradılması işləri davam edir

09:19 23-03-2022 | icon 2688
Xocasən gölü ətrafında yaşıl koridorun yaradılması işləri davam edir

Ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yaz ağac əkini çərçivəsində ağacəkmə tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova YeniAvropa-ya bildirib ki, ötən gün keçirilən ağacəkmə zamanı nazirliyin əməkdaşları tərəfindən Xocasən gölü ətrafında Abşeron yarımadasının iqliminə uyğun 1000 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

S.Məmmədova ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları,təbiətsevərləri həmin nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.