logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 319 min nəfəri ötür

19:28 22-03-2022 | icon 3304
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 319 min nəfəri ötür

Martın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 92 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 4, ikinci doza vaksinlərin sayı - 20, üç və daha çox doza vaksinlərin sayı – 67, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 368 min 581, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 319 min 393, ikinci mərhələ üzrə 4 milyon 814 min 504, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 10 min 364, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 224 min 320-dir.