logo

Lerikə 70 sm qar yağıb

17:44 22-03-2022 | icon 2030
Lerikə 70 sm qar yağıb

Martın 22-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb, lakin yağıntıların intensivliyi bir qədər səngiyib.

YeniAvropa xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, qar örtüyünün hündürlüyü Lerikdə 70, Sarıbaşda (Qax) 68, Yardımlıda 58, Altıağacda 47, Ağdərədə (Ordubad) 44, Şahdağda 41, Xaltanda 34, Kişçayda (Şəki) 32, Ləzədə 28, Girdimançay, Qaranohurda (İsmayıllı) 25, Qrızda 18, Daşkəsəndə 12, Xınalıqda 10, Göygöldə 7, Naxçıvanda 6, İsmayıllı, Şahbuzda 5, Qusarda 4, Şərur, Qubada 2, Culfa, Sədərək, Şəkidə 1 santimetr təşkil edib.

Onun sözlərinə görə, düşən yağıntının miqdarı Astarada 12, Lənkəranda 6, Yardımlı, Ağdərədə (Ordubad) 4, Lerik, Naxçıvan, Şərur, Şahbuzda 3, Daşkəsən, Oğuz, Zaqatala, Şahdağ, Ordubadda 2, Culfa, Sədərək, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Göytəpə, Kişçay (Şəki), Balakən, Qəbələ, Şəki, Şamaxıda 1 millimetrədək olub.

Bildirilib ki, qərb küləyinin sürəti arabir Naftalanda 24, Göygöl, Tərtərdə 20, Şəmkir, Ağdamda 16 metr/saniyəyədək güclənib.

"Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 10 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta, aran rayonlarında isə 2 dərəcəyədək isti olub", - deyə G.Məmmədova diqqətə çatdırıb.