Martın 22-də, 23-də və 24-də Lənkəran-Astara bölgəsində - Masallı və Yardımlıda yağıntılı hava şəraitinin fasilələrlə davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı, lakin ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir.
YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, yağıntılı hava şəraiti ilə əlaqədar bölgənin çaylarında sululuğun artacağı ehtimal olunur.