logo

COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 10 min nəfəri ötür

18:58 21-03-2022 | icon 4452
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 10 min nəfəri ötür

Martın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 0, ikinci doza vaksinlərin sayı - 0, üç və daha çox doza vaksinlərin sayı – 5, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 2-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 368 min 489, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 319 min 389, ikinci mərhələ üzrə 4 milyon 814 min 484, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 10 min 297, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 224 min 319-dur.