logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 814 min nəfəri ötür

22:44 20-03-2022 | icon 3416
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 814 min nəfəri ötür

Martın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 12 min 966 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 668, ikinci doza vaksinlərin sayı - 1501, üç və daha çox doza vaksinlərin sayı – 10 min 39, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 758-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 368 min 482, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 319 min 389, ikinci mərhələ üzrə 4 milyon 814 min 484, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 10 min 292, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 224 min 317-dir.