Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Lerikdə qarın hündürlüyü 64, Altıağacda 47, Yardımlıda 42, Xaltanda 41 santimetrə çatıb.
YeniAvropa xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində şimal-qərb küləyi əsib, bəzi bölgələrdə güclənib. Ən güclü külək Salyanda qeydə alınıb və maksimal sürəti 33 metr/saniyəyə çatıb.