Son 20 ildə martın 20-də Bakıda və Abşeron yarımadasında ən aşağı temperatur 2010-cu ildə 0 dərəcəyə yaxınlaşıb. Ən isti keçən il isə 2008-ci il olub, havanın temperaturu martın 20-də müsbət 22 dərəcəyə yüksəlib.
YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə cənub küləyinin surəti 32 metr/saniyəyədək güclənib. 2019-cu ildə isə Bakıda güclü yağıntı olub, bir gün ərzində yarımaylıq normadan çox, 18 millimetr yağıntı düşüb.
Bölgələrə gəlincə, U.Tağıyeva qeyd edib ki, martın 20-də Naxçıvan Muxtar Respublikasında minimal temperatur 2012-ci ildə 6 dərəcə şaxta, maksimal temperatur isə 2001-ci ildə 25 dərəcə isti, Qazax-Gəncə zonasında minimal temperatur 2003-cü ildə 8.4 dərəcə şaxta, Balakən-Şəki zonasında isə 2018-ci ildə 24.7 dərəcə isti, Lənkəran-Astara zonasında minimal temperatur 2010-cu ildə dağlıq zonada 11 dərəcə şaxta olub.
“Arzu edək ki, bu əziz və sevimli bayramımız evlərimizə sağlamlıq, ruzi-bərəkət gətirsin”, - deyə xidmətin rəisi fikirlərini yekunlaşdırıb.