logo

İçərişəhərdə Novruz bayramını təntənəli şəkildə qeyd edilir

10:30 20-03-2022 | icon 2527
İçərişəhərdə Novruz bayramını təntənəli şəkildə qeyd edilir

Novruz bayramının İçərişəhərdə hər il xüsusi qeyd olunması gözəl ənənəyə çevrilsə də, son illər pandemiya səbəbindən bayram tədbirlərinin keçirilməsi mümkün olmayıb. Bu il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təntənəli bayram tədbirlərini yenidən bərpa edir.

YeniAvropa xəbər verir ki, bayramın ilk günündə Qoşa Qala meydanının mərkəzi hissəsində təşkil olunan musiqili və əyləncəli tədbirlər qonaqların zövqünü oxşayıb. Daha sonra Qoşa Qala meydanında bayram tonqalı qalanıb.

Bayram şənlikləri İçərişəhər ərazisində və Qala Qoruğunda martın 27-dək davam edəcək.

Tədbirlər çərçivəsində qonaqlar müxtəlif yaş kateqoriyası üzrə ustad dərslərinə, qədim sənət növlərinə həsr olunmuş müxtəlif təlimlərə, eləcə də sabunbişirmə, suvenirlərin hazırlanması və naxışlanması, uşaqlar üçün üzdə maraqlı təsvirlərin çəkilməsi kimi əyləncəli məşğələlərə, habelə İçərişəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərində təşkil ediləcək ustad dərslərinə, xalqımızın sevimli milli mətbəx nümunələrinin bişirilməsi, təndirə çörək yapılması, kofe dəmlənməsi kimi maraqlı tədbirlərə qatıla biləcəklər.