Sabah , martın 20-də, yerli vaxtla saat 19:33-də Yaz(Bahar) fəsli ölkəmizə qədəm qoyur.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.